Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın UEFA reytinqində mövqeyi açıqlandı

“Qarabağ”ın UEFA reytinqində mövqeyi açıqlandı

Tarix: 16 Mart 2024 15:22

Avrokubokların 1/8 final mərhələsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycanı "Top-100"də yalnız bir komanda ilə təmsil olunub.

Son ölkə çempionu "Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer"ə 2:3 hesabı ilə uduzub. Bununla da avrokuboklarda mübarizəni dayandıran Qurban Qurbanovun yetirmələrinin aktivində 33,000 xal qalıb.

"Qarabağ" Avropada 57-ci yerə şərikdir. Ağdam klubu "Betis"lə eyni göstəriciyə malikdir. Bu iki komanda 57-58-ci yerləri bölüşür.

"Qarabağ" ötən cədvəllə müqayisədə bir addım geriləyib. Təmsilçimiz "Fiorentina"nı önə buraxıb. İtaliya klubu 34,000 xalla 55-ci yeri "Fənərbaxça" ilə bölüşür.

Qeyd edək ki, siyahıya 146,000 xala malik "Mançester Siti" başçılıq edir.

Milli.Az


Etiketlər:  Qarabağın UEFA reytinqində mövqeyi açıqlandı


RƏYLƏR