Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Axtarışda olan şəxsi şkafın üstündə tapdılar - FOTO

Axtarışda olan şəxsi şkafın üstündə tapdılar - FOTO

Tarix: 16 Mart 2024 16:14

Türkiyədə axtarışda olan şəxs gizləndiyi evdə saxlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Ankara və İzmir şəhərlərində daha çox oğurluq cinayətləri ilə əlaqədar axtarışda olan V.K.-nın Keçiören qəsəbəsində gizləndiyi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə o, həmin evin yataq otağındakı şkafın üstündə tapılıb.

Belə ki, V.K. gizlənmək üçün həmin şkafın üzərinə çıxıb və yayınmağa cəhd edib.

Məlumata əsasən, V.K. barəsində müxtəlif cinayətlərlə bağlı ümumilikdə 100 ildən artıq həbs cəzası seçilib.

Milli.Az


Etiketlər:  Axtarışda olan şəxsi şkafın üstündə tapdılar FOTO


RƏYLƏR