Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Patrul maşınında 102 kilo narkotik daşıyan polis TUTULDU

Patrul maşınında 102 kilo narkotik daşıyan polis TUTULDU

Tarix: 16 Mart 2024 16:44

Yunanıstan polisi patrul avtomobilində 102 kq marixuana daşıyarkən saxlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə martın 15-də Albaniya sərhədi yaxınlığında yerləşən İqoumenitsa liman şəhərində baş verib. Həmin ərazi Yunanıstana külli miqdarda marixuana keçirilən yerdir.

Bu dəfə polis əməkdaşı narkotik alverində şübhəli bilinərək həbs edilib. O, qadağan olunmuş maddələrin daşınması üçün nişanı olmayan xidməti avtomobilindən istifadə edib. Axtarış nəticəsində avtomobildən 102 kiloqram marixuana aşkar edilib.

Məlum olub ki, polis əməkdaşı həmkarlarının dayanmaq əmrinə məhəl qoymayıb və avtomobilə idarəetməni itirərək dayanmış avtomobillərə çırpıldıqdan sonra saxlanılıb.

Bundan əlavə, saxlanılan şəxsin ortağı da həbs edilib. O, hadisə zamanı şəhərdən 20 km aralıda yerləşən kafedə olub. Hər iki şübhəli narkotik saxlamaqda ittiham olunub.

Milli.Az


Etiketlər:  Patrul maşınında 102 kilo narkotik daşıyan polis TUTULDU


RƏYLƏR