Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2024 12:08
Kreml rejimi ilə bağlı heç bir sadəlövhlüyüm yoxdur, baxmayaraq ki, tarixi paralelləri sevmirəm, çünki hər dəfə xüsusi kontekst var. Amma Kreml rejimini təhlil edərkən qətiyyən yanılmıram.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emanuel Makron bildirib.
O qeyd edib ki, Avropanın iki məqsədi var: Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinə imkan verməmək, həmçinin davamlı sülhü bərpa etmək:
"Dayanıqlı sülh - Ukraynanın ərazi bütövlüyünü və suverenliyini, beynəlxalq hüququ bərpa edən, Ukraynanın və bütün avropalıların təhlükəsizliyinə zəmanət verən sülhdür, bu, bizim məqsədimizdir".
Eyni zamanda Makron bu plana nail olmaq üçün Avropanın eskalasiyaya getməyəcəyini vurğulayıb:
"Bu məqsədə çatmaq üçün eskalasiya yolunu tutmayacağıq, çünki bizə başqa müharibə lazım deyil. Amma bunu bəyan etməyə hazırıq ki, bizim heç bir məhdudiyyətimiz yoxdur, Rusiyanın reaksiyasına cavab verəcəyik. Ukraynalılar nə vaxtsa bu müharibədən çıxıb, davamlı sülh danışıqlarında güclü mövqedə olmalıdırlar. Amma hələ ki, hücum təşəbbüsü ilə çıxış etmirəm".