Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

““Məhəllə” Elişlə Roşkanındır, digərləri gəldi-gedərdir” - VİDEO

““Məhəllə” Elişlə Roşkanındır, digərləri gəldi-gedərdir” - VİDEO

Tarix: 17 Mart 2024 18:05

Əməkdar artist Tahir İmanov "Məhəllə 3"də həmkarları Rafael İskəndərov və Coşqun Rəhimovun olmama səbəbindən danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə aktyor "Mirinin dibçəyi" proqramında açıqlama verib:

"Çünki "Məhəllə" Elişlə Roşkanındır. 2000-ci ildə "Məhəlləni" Planet Parni İz Bakı KVN səhnəsində Elişlə Roşqa yaradıb. Qalanı gəldi-gedər personajlardır. Ona da Elişlə Roşka qərar verir ki, kim olacaq, olmayacaq. Bu suala o qədər cavab vermişəm ki. Sırf Qüdrətə baxmaq istəyənlər "Məhəllə"nin digər seriyalarını izləsinlər. Onlarla da əlaqələrimiz yaxşıdır. Niyə psi olmalıdır? Onların məndən, mənim onlardan asılacağım yoxdur. Aramızda pislik olmayıb. Niyə də olsun? Beş günlük dünyadır. Onu da gərgin keçirək? Bizim münasibətimiz çox yaxşıdır. Ən azından Allahın salamını veririk. Pis və dar günlərdə bir yerdəyik".

Milli.Az


Etiketlər:  Məhəllə Elişlə Roşkanındır digərləri gəldi gedərdir VİDEO


RƏYLƏR