Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı''

''İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı''

Tarix: 18 Mart 2024 15:54

Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Ermənistan İkinci Qarabağ müharibəsindən sonra öz qanunsuz silahlı birləşmələrini torpaqlarımızda əbədi saxlamaq, burada vaxtılə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istədiyini xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb ki, bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası, Azərbaycan xalqının iradəsinə ziddir.


Etiketlər:  İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ