Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən...” - FOTO

Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən...” - FOTO

Tarix: 18 Mart 2024 18:20

"Bacım qızı Gülarə həm də öz qızım kimidir. Uşaqlıqdan mənim yanımda böyüyüb. Aktrisa olmağını istəmirdim. Gördüm ki, bacarmıram. Mənimlə birlikdə bir neçə reklama çəkildi. O vaxt hələ uşaq idi. İstəyirəm ki, o da mənim kimi pillə-pillə bu hörməti qazansın. Gülarə hazırda Şuşa Dövlət Musiqili Dram teatrının aktrisasıdır. Çox çalışqandır. Həftədə bir neçə tamaşa oynayır. Öz zəhməti ilə ucalır. Universitetdə oxuyanda da heç kim bilmədi ki, mənim bacım qızıdır. Bitirəndə bildilər. Çünki hər gün dərsə gedirdi, oxuyurdu. Mənim adımdan, şöhrətimdən istifadə etmirdi. Nə universitetdə, nə də teatrda".
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, xalq artisti Firəngiz Mütəllimova deyib.
 
O daha sonra əlavə edib.
 
"Hər zaman əzizlərimə məsləhətlər verirəm. Amma doğmalarımın işlərinə qarışmağı sevmirəm. Onlar da mənə məsləhət verir. Burada artıq yaş rol oynamır. Biz bir-birimizə qulaq asırıq. Bilmədiyim şeyləri soruşmağı özümə ar bilmirəm. Bəzən insan elə addım ata bilər ki, kiminsə qəlbinə dəyən söz ola bilər. Ona görə də onlar hər addımımda yanımdadırlar" - deyə aktrisa bildirib.
 
"Azərbaycan teatr səhnəsi ikinci Firəngiz Mütəllimova yetişdirəcək?" sualına isə aktrisa belə cavab verib: 
 
"Özüm haqda nəsə danışsam düzgün çıxmaz. Sırf sənət nöqteyi nəzərindən bu suala cavab verəcəyəm. Sadə bir misal çəkim. Bəzən bir filmə yaxud seriala baxıb elə ağlayıram ki. Evdəkilər deyir ki, özün də aktrisasan da, niyə ağlayırsan?! Deyirəm ki, başa düşmürsünüz, aktyor o anı yaşayır! Mən bilirəm ki, əsl sənət nədir?! Mən istəyirəm ki, əsl sənəti başa düşənlər bizlərin yerində olsun! Səhnədə yaşamağı bacaranlar!".

Milli.Az


Etiketlər:  Firəngiz Mütəllimova qızından danışdı Heç vaxt mənim şöhrətimdən FOTO


RƏYLƏR