Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2024 16:55
İnfluenser Aysel Həsəninin (İcelinee) instaqram hesabı oğurlanıb.
Sonxeber.net olay-a istinadən bildirir ki, blogerin 300 mindən çox izləyicisi olan səhifəsi naməlum şəxslər tərəfindən ələ keçirilib.
Ayselin profil şəkli dəyişdirilib və postları silinib.
Bu barədə onun həyat yoldaşı İlkin Həsəni paylaşım edərək "Dostlar, Ayselin səhifəsindən göndərilən linkləri açmayın", - deyə, xəbərdarlıq edib.