Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2024 20:34
"İnter Mayami" ilə Honq Konq millisi arasında keçiriləcək yoldaşlıq matçına bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində təzminat alacaqlar.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin futbolçusu Lionel Messinin sözügedənoyunda meydana çıxmamasıdır. Azarkeşlər məhz 38 yaşlı forvardın oynamamasına görə etiraz ediblər.
Bildirilir ki, onların əksəriyyəti biletləri məhz Messini izləmək üçün alıblar. Ona görə də fanatlar biletlərinin qiymətlərinin 50 faizi məbləğində təzminat alacaqlar.
Maraqlıdır ki, bu matça biletin minimum qiyməti 115 avro olub.
Xatırladaq ki, Messi zədə səbəbindən bu oyunda ehtiyatda qalıb.