Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yer kürəsinin ən böyük meteoriti: Onun özəlliyi nədir?

Yer kürəsinin ən böyük meteoriti: Onun özəlliyi nədir?

Tarix: 20 Mart 2024 10:02

Yer kürəsinin ən böyük meteoriti hesab edilən Hoba Namibiyanın paytaxtından 450 km şimalında yerləşir. Həcmi 9 m³ olan bu dəmir meteoritin Yerin səthinə eramızdan əvvəlki dövrlərdə düşdüyü ehtimal edilsə də, ilk dəfə 1920-ci ildə Namibiyada Grootfontein yaxınlığında aşkar edilib.

Milli.Az sfera.az-a istinadən bildirrir ki, Ferma sahibi tərəfindən kəşf edilən meteroit məhz buna görə "West Farm"adlandırılıb. Ferma sahibinin sözlərinə görə, tarlalarından birini şumlayarkən meteoritlə qarşılaşıb. 

1929-cu ildə meteorit ingilis mineraloq Leonard Spenser tərəfindən tədqiq edilmişdir.

Hoba planetimizdəki ən böyük təbii dəmir əmələ gəlməsi və ən böyük meteorit hesab olunur. Yer atmosferinə 80 min il əvvəl düşmüşdür.

Ən maraqlısı odur ki, Yer səthinə düşdükdən sonra digər meteoritlərdə olduğu kimi nəhəng krater əmələ gətirməyib. Alimlər Hobanın Yerə nisbətən yaxın bucaq altında uçduğunu, buna görə də atmosfer tərəfindən çox yavaşladığını bildirirlər. Qeyd etdiyimiz kimi, Hoba eramızdan əvvəl Yerə düşmüşdür. Eramızdan əvvəlki dövrlərdə havada sərbəst oksigen olmadığından meteoritlər sərbəst olaraq yer səthinə gəlib düşürdülər.Ən maraqlı tərəfi isə odur ki, meteoritin hər iki tərəfi düzdür və məhz bu səbəbdən bu Yerə eniş nəzəriyyəsini daha məntiqlidir. Meteroit Yerə sanki suya atılan yastı daş kimi düşüb.

Meteoritin uzunluğu 2,5 metr, çəkisi təxminən 66 tondur. Lakin eroziya və vandalizm səbəbindən meteroitin çəkisi 6 tona qədər azalıb. Demək olar ki, hər bir ziyarətçi bu meteroitdən ən azı bir parça metal tutmağa çalışır.

Vandalizmin qarşısını almaq üçün 1955-ci ildə Hoba Milli Abidə elan edilib. 1988-ci ildən etibarən isə Hoba hasara alınaraq, ziyarətçilər üçün ödənişli xidmət göstərir.

Milli.Az


Etiketlər:  Yer kürəsinin ən böyük meteoriti Onun özəlliyi nədir


RƏYLƏR