Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən çox axtarılan cinayətkarlardan biri tutuldu

Ən çox axtarılan cinayətkarlardan biri tutuldu

Tarix: 20 Mart 2024 16:12

Mexiko şəhərinin hüquq-mühafizə orqanları Meksikanın paytaxtında ən çox axtarılan cinayətkarlardan birini, "El Çori" ləqəbli (ispan dilindən tərcümədə "sosisli sendviçi" - red.) saxlayıb.

Milli.Az olke.az-a istinadən bildirir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço sosial şəbəkədə bildirib.

"Aylarla davam edən müşahidə və istintaq işlərindən sonra Mexiko şəhərinin İctimai Təhlükəsizlik Katibliyinin əməkdaşları tərəfindən paytaxtın mərkəzi zonasında fəaliyyət göstərən cinayətkar qrupun lideri Eduardo "N"nin Tlalpan bölgəsində həbs edilib", - Vazkes Kamaço yazıb.

O, əlavə edib ki, həbs edilən şəxsdən "narkotik, odlu silah və pul" götürülüb.

Milli.Az


Etiketlər:  Ən çox axtarılan cinayətkarlardan biri tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ