Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2024 07:10
"Oğlanın sözü" serialının ulduzu Nikita Kologrivy Novosibirskdəki restoranda ofisiant qadının ayağını dişləyib .
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat verib.
Aktyorun martın 18-dən 19-na keçən gecə "çox xuliqan" olduğu, sərxoş olduğu, işçilərə hücum etdiyi və komandanın qadın əməkdaşını incitdiyi qeyd edilir.
Materialda deyilir ki, Kologrivy ofisiantlardan birini intim münasibətfə olmağa razı salmağa çalışıb və o, müqavimət göstərdikdən sonra onun ayağından dişləyib. Bundan sonra qızın əllərini sıxmağa başlayıb.
Nəşrin məlumatına görə, aktyor və onun direktoru restoran rəhbərliyi ilə əlaqə saxlamayıb, üzrxahlıq da olmayıb. İndi hadisə ilə polis məşğul olacaq.