Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şahənşah'' restoranında zəhərlənmə ilə bağlı AQTA-dan RƏSMİ

''Şahənşah'' restoranında zəhərlənmə ilə bağlı AQTA-dan RƏSMİ

Tarix: 18 Noyabr 2019 14:12

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda restoranda baş vermiş zəhərlənmə ilə bağlı açıqlama verib.

AQTA-dan Trend-ə bildirilib ki, hadisə ilə bağlı quruma heç bir müraciət daxil olmayıb:

"Ancaq mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır".

Xatırladaq ki, noyabr ayının 13-də Bakıda "Şahənşah" restoranında kütləvi zəhərlənmə qeydə alınıb. Məclis sahibi Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib.

İlk zəhərlənənlərdən biri isə bəyin dayısı oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxlinskaya adına xəstəxanaya aparılıblar. Oğlanın mədəsi yuyulub, yoldaşında isə zəhərlənmə qanına keçdiyinə görə, hələ də ev şəraitində müalicə alır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şahənşah restoranında zəhərlənmə ilə bağlı AQTA RƏSMİ


RƏYLƏR