Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Tarix: 21 Mart 2024 12:52

ABŞ öz vətəndaşlarının Haitidən təxliyəsinə başlayır.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Martın 20-dən etibarən ABŞ hökuməti öz vətəndaşlarının Haitidən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Santo Dominqoya, Dominikan Respublikasına çarter reysləri təşkil edirik. ABŞ hökumətinin nümayəndələri konsulluq yardımı göstərmək üçün oradadırlar", - Patel deyib.

Bu günə qədər təxminən 1,6 min amerikalı Haitidən təxliyə üçün hökumətə müraciət edib.


Etiketlər:  ABŞ vətəndaşlarını Haitidən təxliyə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ