Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Evlilik məni aşağı sürükləyirdi” - FOTO

“Evlilik məni aşağı sürükləyirdi” - FOTO

Tarix: 22 Mart 2024 05:10

"Müəyyən mənada həyat yoldaşının olmaması yaxşıdır. Bilmirəm niyə, lakin bu, məni aşağı sürükləyirdi".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu 47 yaşlı kolumbiyalı ulduz müğənni Şakira deyib. 

Zane Louya müsahibə verən Şakira keçmiş əri, futbolçu Jerar Pike ilə evli olduğu müddətdə yaşadığı problemlərdən bəhs edib.

Onun sözlərinə görə, Barselonada yaşadığı dövrdə yeni musiqilər üzərində işləmək onun üçün çətin olub. Müğənni qeyd edib ki, Pike ilə ayrıldıqdan və övladları ilə Mayamiyə köçdükdən sonra hər şey tamamilə dəyişib: "İndi mən işləmək, mahnılar yazmaq, musiqi ilə məşğul olmaq istəyirəm". 

Qeyd edək ki, 36 yaşlı Pike və 46 yaşlı Şakira 11 illik vətəndaş nikahından sonra 2022-ci ilin yayında ayrılıblar. Buna səbəb futbolçunun müğənniyə xəyanət etməsi olub. Onların iki oğlu var. 

Milli.Az


Etiketlər:  Evlilik məni aşağı sürükləyirdi FOTO


RƏYLƏR