Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kaş ki, yanımızda olardınız...''

''Kaş ki, yanımızda olardınız...''

Tarix: 22 Mart 2024 23:40

Aktrisa Xuraman Əlizadə ötən il avtomobil qəzasında həlak olan tanınmış prodüser Oqtay Əliyevlə bağlı paylaşım edib.

Sonxeber.net axşam.az-a istinadla xəbər verir ki, o, mərhum prodüseri ildönümündə bu sözlərlə yad edib:

"Bu gün martın 22-sidir, düz 1 il tamam oldu ki, siz aramızda yoxsunuz Oqtay müəllim. Zaman keçir, il ötür, insanlar gəlib-gedir bu həyatdan, unudulanı da, unudulmayanı da, unudulmayan insanlar sırasında siz də varsız Oqtay müəllim. Xeyirxah, ürəyi uşaq qəlbi kimi təmiz, saf, billur olan, insana əl tutan, bu gözəllikləri uzatmaq da olar gözəl insan. Kaş ki, yanımızda olardınız, yeriniz elə görünür, sözlə ifadə ediləsi deyil. O gözəl ürəyinizə, kinsiz qəlbinizə görə sizi hələ də sevirik, sevəcəyik də... Allah sizə qəni-qəni rəhmət eləsin".

Qeyd edək ki, O.Əliyev ötən il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Mərhum prodüserin həyat yoldaşı Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.


Etiketlər:  Kaş yanımızda olardınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ