Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2024 15:26
"Azərbaycan daha ciddi komandadır".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Bolqarıstan millisinin futbolçusu Aleksandar Kolev deyib.
31 yaşlı hücumçu Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, komandamızı yaxşı təhlil ediblər: "Azərbaycan yığmasının yarısı "Qarabağ"da oynayır. Onların "Bayer"ə qarşı necə oynadıqlarını gördük. Hər şey özümüzdən asılıdır. Ümid edirəm ki, Tanzaniya üzərində qələbə bizdə bir az da inam yaradacaq. 1,5 il idi ki, qalib gəlmirdik. Təbii ki, yük hamının üzərinə düşür. Çox yaxşı oyunçularımız var. Qələbəyə və yaxşı oyuna ümid edirik".
Qeyd edək ki, Bolqarıstan bir gün öncə Bakıda "FİFA series - Edition 2024"də Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib. Balkanlılar Azərbaycanla isə martın 25-də oynayacaq.