Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aygün Kazımovadan Röya ilə bağlı paylaşım - FOTO

Aygün Kazımovadan Röya ilə bağlı paylaşım - FOTO

Tarix: 23 Mart 2024 17:35

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Crocus City Hall" ticarət mərkəzində terror aktı törədilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Xalq artisti Aygün Kazımova bununla bağlı paylaşım edib. Ölkənin əsas ulduzu hadisədə həlak olanlarla bağlı bunları yazıb:

"Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailəsinə Allahdan səbr, yaralılara tezliklə sağalmalarını diləyirəm. Allah Rusiyada yaşayan, çalışan bütün həmvətənlərimizi qorusun. Dostum Eminə bu çətin anlarda səbr diləyirəm. Yaşadıqlarının nə qədər ağır olduğunu anlayıram. Ümüd edirəm ki, tezliklə günahkarlar öz cəzasını alacaqlar".

Pop kraliça Xalq artisti Röya Ayxanın konsertinin təxirə düşməsi haqda "Ötən gün "Vegas City Hall"da çıxış etmək üçün yol alan həmkarım Röyaya çox keçmiş olsun. Şükürlər olsun, həmvətənlilərimiz sağ və salamatdırlar. Dünyamız sağ-salamat olsun, Amin" sözlərini əlavə edib. 

Milli.Az


Etiketlər:  Aygün Kazımovadan Röya ilə bağlı paylaşım FOTO


RƏYLƏR