Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''nın prezidentindən Haaland açıqlaması

''Barselona''nın prezidentindən Haaland açıqlaması

Tarix: 24 Mart 2024 01:22

"Barselona"nın prezidenti Joan Laporta "Mançester Siti"nin futbolçusu Erlinq Haalandla maraqlandıqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib .

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o deyib:

"Bizim belə böyük alışlara ehtiyacımız yoxdur. Yayda transfer bazarı üzərində işləyəcəyik, amma yüksək profilli transferlər gözləmirəm. Diqqətimizi komanda oyunçularına yönəldəcəyik. Bizim prioritetimiz hazırkı komandaya güvənməkdir, harmoniyamızı poza biləcək oyunçularla müqavilə bağlamaq istəmirik".

Qeyd edək ki, daha əvvəl Erlinq Haalandın nümayəndələrinin "Barselona"nın idman direktoru Deko ilə görüş keçirdiyi barədə xəbərlər yayılmışdı.


Etiketlər:  Barselonanın prezidentindən Haaland açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ