Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavan dərinin bir nömrəli sirri

Cavan dərinin bir nömrəli sirri

Tarix: 24 Mart 2024 02:03

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdir görünür. Buna görə də nəmləndirmə üçün nəzərdə tutulan prosedurlardan istifadə etməyiniz məsləhətdir.

Ev şəraitində isə üzünüzə bunu edə bilərsiniz: 

Gialuron turşusu və E vitaminindən (apteklərdə satılır) eyni miqdarda götürüb, dəniz yosununa qatın. Üzə çəkib, 15 dəqiqə saxlayın.

Həftədə 2 dəfə bu maskanı etmək üzü nəmləndirəcək, qırışları hamarlayıb, təravəti artıracaq.

Əgər ofis şəraitində işləyirsinizsə, onda üzünüzü gün ərzində bir neçə dəfə adi və ya qazlı su ilə yuyun. Suyu vitaminli spreylə də əvəz edə bilərsiniz.

Milli.Az


Etiketlər:  Cavan dərinin bir nömrəli sirri


RƏYLƏR