Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kafu villasını satır – borca görə

Kafu villasını satır – borca görə

Tarix: 24 Mart 2024 19:00

Braziliya yığması və "Milan"ın müdafiəçisi Kafi San-Paulu ştatındakı villasını satacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, buna səbəb veteran futbolçunun borclu olmasıdır.

Yayılan məlumatlara görə, Kafu villasını 7,4 milyon avroya satmağı planlaşdırır. Əgər satıcı tapılmasa, daşınmaz əmlakın dəyəri 2 dəfə ucuzlaşa bilər. 4 mərtəbəli villanın sahəsi 2,5 min kvadrat metrdir. Orada 4 lüks nömrə, futbol meydanı, kinozal, mükafatlar otağı və sauna var.

Qeyd edək ki, Kafunun 1,8 milyon avro borcu olduğu xəbərləri yayılıb.

Milli.Az


Etiketlər:  Kafu villasını satır borca görə


RƏYLƏR