Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2024 11:34
Bu gün Bolqarıstan millisi ilə üz-üzə gələcək Azərbaycan yığmasını matça çıxaracaq Arif Əsədov bu rəqiblə tanışdır.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, 54 yaşlı mütəxəssis futbolçu kimi Bolqarıstanla görüşün iştirakçısı olub.
O, 2000-ci ilin iyulun 26-da iki yığma arasında yoldaşlıq oyununda iştirak edib. Bu, Azərbaycan və Bolqarıstan millilərinin tarixdəki ilk görüşü olub.
Qarşılaşma Varnadakı "Spartak" stadionunda baş tutub. Baş məşqçi İqor Ponomaryov Əsədova start "11-liy"ində şans verib. 45 dəqiqədən sonra onu Ədəhim Niftəliyev əvəzləyib.
Qeyd edək ki, Varnadakı matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.