Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gimnastımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Gimnastımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Tarix: 25 Mart 2024 13:42

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu, ölkə gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.

Bununla da gimnastika millimizin Paris-2024-ə qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.

Qeyd edək ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il Paris-2024-ə lisenziyaya sahib olub.

Milli.Az


Etiketlər:  Gimnastımız Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı


RƏYLƏR