Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2024 14:58
Ermənistanın güc strukturlarının rəhbərləri Milli Assambleyada qapalı müzakirədə iştirak edir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, büdcə məsələlərinin müzakirə olunduğu iclasa müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və daxili işlər naziri Vahe Qazaryan qatılıb.
Sessiya açıq başlasa da, müdafiə naziri Papikyan məlumatların tam məxfi olduğunu bildirib və sessiyanın qapalı rejimdə davam etdirilməsini istəyib.
Milli Məclisin deputatı, müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan jurnalistləri anlayışla yanaşmağa və zalı tərk etməyə çağırıb.