Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Krokus dəhşəti: İsrailoviç qardaşları da həbs olundu

Krokus dəhşəti: İsrailoviç qardaşları da həbs olundu

Tarix: 25 Mart 2024 20:12

"Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı daha üç nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Dilovar, Aminçon və ataları İsrail İslamov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, onlar terrora kömək etməkdə ittiham olunurlar. Məlumata görə, Dilovar İslamov terror aktında şübhəli bilinən şəxslərin idarə etdiyi "Renault" markalı avtomobilin sahibidir. Terrorçular həmin avtomobildə "Crocus"a gediblər və daha sonra hadisə yerindən qaçıblar.

Milli.Az


Etiketlər:  Krokus dəhşəti İsrailoviç qardaşları da həbs olundu


RƏYLƏR