Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Krokus''da yanğını söndürmək niyə mümkün olmayıb?

''Krokus''da yanğını söndürmək niyə mümkün olmayıb?

Tarix: 26 Mart 2024 12:22

"Krokus Siti Holl"da yanğın başlayarkən yanğınsöndürmə sistemi dərhal aktivləşib və ştat rejimində işləyib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Rusiya Prezidenti Vladimir Putinin "Krokus Siti Holl"da baş vermiş terror aktı ilə bağlı keçirdiyi onlayn müşavirədə deyib.

"Sistem yanğının alışdırıcı vasitələrlə törədilməsi və böyük əraziyə yayılması səbəbindən yanğını söndürə bilməyib", - nazir bildirib.

Qeyd edək ki, "Krokus Siti Holl"da terakt 22 martda baş verib. Nəticədə 139 nəfər ölüb, 100-dən çox insan yaralanıb.


Etiketlər:  Krokusda yanğını söndürmək niyə mümkün olmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ