Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Demet Akalından Röyaya dəstək

Demet Akalından Röyaya dəstək

Tarix: 26 Mart 2024 17:40

Türkiyəli müğənni Demet Akalın Rusiyada yaşanan terror zamanı Xalq artisti Röya Ayxanla stilist Anar Ağakişiyevin də orada olmasından danışıb.

Milli.Az olay-a istinadən bildirir ki, ifaçı bu barədə aparıcısı olduğu "Gel konuşalım" proqramında söz açıb. O, hər iki məşhur simaya keçmiş olsun diləklərini çatdırıb.

"Rusiyada qorxunc qətliam yaşandı. Keçmiş olsun. Röya var, Azərbaycanın pop starı. Oranın kraliçasıdır. Çox sevirəm. Çox şirin və inanılmaz sayğılı bir qızdır. Nə zaman getsəm, məni qonaq edir. Olayın yaşandığı yerin yanında konsert verəcəkdi. Anar da orada idi. Yarım saat əvvəl çıxıbmış. Dedim, yaxşı qurtarmısan. Olacaq iş deyil. Keçmiş olsun. Görüntülər çox qorxuncdur", - deyə, o, söyləyib.

Röya isə sözügedən görüntüləri instaqramında paylaşaraq bu sözləri yazıb:

"Gözəlim, xoş sözlərə görə təşəkkür edirəm. Allah hər birimizi qorusun".

Milli.Az


Etiketlər:  Demet Akalından Röyaya dəstək


RƏYLƏR