Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serbiya Prezidendən paylaşım: ''Tezliklə çox böyük təhlükə olacaq''

Serbiya Prezidendən paylaşım: ''Tezliklə çox böyük təhlükə olacaq''

Tarix: 27 Mart 2024 07:56

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin tezliklə milli maraqları üçün təhlükə ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə onun rəsmi instaqram hesabında vətəndaşlara müraciət yer alıb.

Dövlət başçısının sözlərinə görə, son 48 saat ərzində Belqrad Serbiya və Serb Respublikasının "həyati vacib milli maraqlarını birbaşa təhdid edən" xəbər alıb.

"Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək", - Vuçiç yazıb.

Serbiya lideri başqa təfərrüatları açıqlamayıb.


Etiketlər:  Serbiya Prezidendən paylaşım Tezliklə çox böyük təhlükə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ