Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Alatoranlıq” filminin ulduzu ata oldu - FOTOlar

“Alatoranlıq” filminin ulduzu ata oldu - FOTOlar

Tarix: 27 Mart 2024 10:30

Britaniyalı aktyor Robert Pattinson ata olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bir gün əvvəl "Alatoranlıq" filminin ulduzu jurnalistlər tərəfindən yeni doğulmuş körpəsilə gəzinti zamanı çəkilib.

Uşağın anası aktyorun sevgilisi, model Suki Uoterhausdur. O, sonuncu dəfə fevralın 24-də ictimaiyyət qarşısında görünüb.

Yeri gəlmişkən, cütlüyün ilk övladının cinsi və adı sirr olaraq qalır. Bu məlumatı məşhurlar sosial şəbəkələrdə paylaşmayıblar.

Milli.Az


Etiketlər:  Alatoranlıq filminin ulduzu ata oldu FOTOlar


RƏYLƏR