Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Benziadan fantastik qol, dubl, assist - VİDEO

Benziadan fantastik qol, dubl, assist - VİDEO

Tarix: 27 Mart 2024 11:20

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində növbəti oyununa çıxıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  onun komandası evdə "FİFA series - Edition 2024" turniri çərçivəsində CAR-ı sınağa çəkib.

Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Oyuna start heyətində başlayan Benzia dubla imza atıb.

O, 22-ci dəqiqədə hesabı açıb. Yassin 70-ci dəqiqədə komandasının bərabərlik (3:3) qolunu vurub.

"Qarabağ"lı digər qolun da məhsuldar ötürməsinin müəllifi olub.

Qeyd edək ki, Benzia 4 gün əvvəl Boliviya ilə matçda (3:2) da qol sevinci yaşayıb.

Milli.Az


Etiketlər:  Benziadan fantastik qol dubl assist VİDEO


RƏYLƏR