Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Tarix: 27 Mart 2024 13:42

Fələstin tərəfdarları Pentaqonun rəhbəri Lloyd Ostinin evinin yaxınlığında peyin səpiblər.

Sonxeber.net unikal-a istinadən xəbər verir ki,  bu barədə "Politico" nəşri məlumat yayıb. 

Məlumata görə,  nümayişçilər ABŞ müdafiə nazirinin evinin yaxınlığında toplaşaraq şüar səsləndiriblər.  

Pentaqonun sözçüsü də təfərrüatları açıqlamadan Ostinin evinin yaxınlığında "kiçik etiraz"ın keçirildiyini təsdiqləyib.

Bundan əvvəl naməlum şəxs ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın evinə peyin səpib və polis müdaxilə edib.


Etiketlər:  Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ