Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Separatçılar ABŞ-da gizli görüşlər keçirir - Qarabağla bağlı ŞOK PLAN

Separatçılar ABŞ-da gizli görüşlər keçirir - Qarabağla bağlı ŞOK PLAN

Tarix: 27 Mart 2024 15:10

Qarabağdan Ermənistana qayıdan separatçılar Qərb ölkələrində dəstək axtrışını davam etdirir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, separatçıların yaratdığı qondarma "artsax məsələləri üzrə beynəlxalq komitə"nin Avropada və ABŞ-da görüşlər keçirdiyi haqda məlumatlar yayılıb.

"Joxovurd" qəzeti yazır ki, görüşlərə qondarma "komitə"nin koordinatoru olan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan rəhbərlik edir.

"Oskanyan ABŞ və Avropada yüksək vəzifəli rəsmilərlə intensiv görüşlər keçirir. Görüşlərdə əsas mövzu ermənilərin Qarabağa qaytarılmasıdır. Bunun üçün etibarlı beynəlxalq zəmanətlərin əldə edilməsinin vacibliyi irəli sürülür. "Artsaxın iqtidarı və müxalifəti" (separatçılar-re) bir tərəfdən düşünürlər ki, belə görüşlərlə nəyi isə dəyişmək mümkün olmayacaq, digər tərəfdən hesab edirlər ki, bu yolla Qarabağ məsələsini qızışdıra bilərlər. Əldə etdiyimiz məlumata görə, Oskanyan yaxın vaxtlarda qayıdacaq və nəticələrlə bağlı hesabat verəcək", - qəzet yazır.

Milli.Az


Etiketlər:  Separatçılar ABŞ da gizli görüşlər keçirir Qarabağla bağlı ŞOK PLAN


RƏYLƏR