Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya XİN anklavlarla bağlı mövqeyini açıqladı

Rusiya XİN anklavlarla bağlı mövqeyini açıqladı

Tarix: 27 Mart 2024 19:09

Rusiyanın anklavlarla bağlı Azərbaycan və Ermənistan arasındakı məsələdə mövqeyi məlumdur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın bu mövzuda mövqeyi yaxşı məlumdur və ardıcıldır: "Biz tərəfləri bu mövzuda maksimal dərəcədə təmkinli olmağa, aqressiv ritorikadan çəkinməyə çağırırıq. Bütün ərazi mübahisələri, qarşılıqlı iddialar istisnasız olaraq siyasi-diplomatik müstəvidə və yalnız siyasi-diplomatik metodlarla həll olunmalıdır. Belə məsələləri, o cümlədən anklavların mübadiləsini Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyalar çərçivəsində həll etmək lazımdır. Biz öz tərəfimizdən bu işə Rusiyada nadir kartoqrafik materialların mövcudluğunu nəzərə alaraq maksimal dərəcədə yardım etməyə hazırıq".

Zaxarova əlavə edib ki, analoji prinsiplər Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da tətbiq oluna bilər: "Mən diqqətinizə çatdırıram ki, biz Zəngəzur dəhlizi terminindən istifadə etmirik. Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanla Ermənistanın Syunik vilayəti vasitəsi ilə əlaqələndirən marşrutdan danışırıq".

Rusiya XİN sözçüsü Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə məşğul olan Üçtərəfli İşçi Qrupun fəaliyyətini bərpa etməyə çağırıb.

Milli.Az


Etiketlər:  Rusiya XİN anklavlarla bağlı mövqeyini açıqladı


RƏYLƏR