Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuri Nikulin ölümündən 26 il sonra efirə qayıdır

Yuri Nikulin ölümündən 26 il sonra efirə qayıdır

Tarix: 27 Mart 2024 23:40

SSRİ-nin sevilən aktyoru Yuri Nikulin ölümündən 26 il sonra ekrana qayıdır.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, Yuri Nikulin "Manyunya: Moskvada sərgüzəştlər" komediyasında əsas personajdır.

Süni intellekt vasitəsilə Nikulinlə səhnələr yaratmaq təxminən səkkiz aya yaxın vaxt aparıb. Eyni zamanda, süni intellekt təkcə Yuri Vladimiroviçin xarici görünüşünü deyil, həm də səsini, üz ifadələrini, yerişini və hərəkətlərini yaradıb.

Filmin rejissoru Denis Qulyardır.

Qeyd edək ki, 1997-ci ildə 75 yaşında dünyasını dəyişən Yuri Nikulin filmin qəhrəmanlarından biri olacaq. Film bu il mayın 30-da kinoteatrlarda nümayiş etdiriləcək.

Milli.Az


Etiketlər:  Yuri Nikulin ölümündən 26 il sonra efirə qayıdır


RƏYLƏR