Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

Tarix: 28 Mart 2024 08:48

Problem ondadır ki, sərhəd çəkilməlidir; qoşunlarda güzgü hərəkəti olacaq, sərhəd qoşunları bu ayırıcı xətt üzərində dayanacaq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Milli Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan Tavuşdakı 7 Azərbaycan kəndindən anklav olmayan 4-nün qaytarılması haqda danışarkən deyib.

"Seyran Ohanyan (sabiq müdafiə naziri, hazırda müxalifətdədir - red.) yüksək səslə Tavuş sakinlərinə hansı təhlükələrin ola biləcəyini izah etdi. Yaxşı olardı ki, Seyran Ohanyan eyni tonda izah etsin ki, biz sülhə aparan məntiqə əməl etməsək, nələr baş verə bilər: bizim olan bizimdir, onlara aid olan isə onlarındır", - o bildirib.

O, Petros Kazaryanın problemin azərbaycanlıların götürdüklərini geri qaytarmaması ilə bağlı olduğu haqda sözlərinə bu cür reaksiya verib:

"Biz də (azərbaycanlılardan - red.) çox şey götürdük, geri verməyəcəyimizi söylədik. Nə oldu? Bu, son nəticədə beynəlxalq hüquqa əsaslanmalıdır".


Etiketlər:  Azərbaycandan çox şey götürdük verməyəcəyimizi dedik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ