Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO

Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO

Tarix: 28 Mart 2024 13:00

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:

"Blogerlərlə bağlı çox paylaşımlar olur. Bəzilərinin səhifəsindən minlərlə şərhlər yazılır. Yalançı göstərişlər edirlər ki, bizim səhifəmizdən bu qədər şərh gəlir. Blogerlərə reklam verilir və onların qarşılığında müştəri istənilir. Onları izləyənlər gənclər və evdar qadınlardır. Bunlar nə fırıldaq edirlər bilirəm, onların öz şəbəkələri var. Bir reklam paylaşandan sonra işçilər başlayır müxtəlif nömrələrdən həmin şirkətə zənglər edirlər: gəlinlik mağazasıdırsa, gəlinlik bron edirlər. Salona zəng vurub yazılırlar, başqa mağazadırsa yığıb qiymətlə maraqlanırlar. Gəlinliyi götürməyə, salona getməyə 1 gün qalanda isə zəng vurub imtina edirlər. Onların hamısının adını bir-bir açıqlayacağam".

Milli.Az


Etiketlər:  Tolik blogerlərin saxtakarlığını açıqladı VİDEO


RƏYLƏR