Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçu ölümdən döndü - VİDEO

Məşhur futbolçu ölümdən döndü - VİDEO

Tarix: 28 Mart 2024 18:44

"Tottenhem"in braziliyalı forvardı Rişarlison intihar etmək istədiyini deyib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, futbolçu bu etirafını ESPN-ə müsahibəsində açıqlayıb.

Buna Braziliya millisinin DÇ-2022-dəki uğursuz çıxışı səbəb olub. "Sambaçılar"ın 1/8 finalda Xorvatiyaya məğlubiyyəti Rişarlisonda depressiya yaradıb.

Hücumçu bildirib ki, onu bu vəziyyətdən psixoloq çıxarıb: "2022-ci il çıxış etdiyim ilk dünya çempionatım idi. Pik formada idim. Uğursuzluqdan sonra həyatın bitdiyini düşünürdüm. İnternet vasitəsi ilə özünəqəsd videolarını axtarırdım. Sizə də məsləhət görürəm, düşdüyünüz çətin vəziyyətdən çıxmaq üçün psixoloq axtarın. Psixoloqa ehtiyacınız varsa, mütləq ona müraciət edin. Çünki psixoloqla danışan zaman özünüz olmağa başlayırsız".

Qeyd edək ki, DÇ-2022-nin qalibi Argentina millisi olub.

Milli.Az


Etiketlər:  Məşhur futbolçu ölümdən döndü VİDEO


RƏYLƏR