Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Tarix: 29 Mart 2024 08:48

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,71 ABŞ dolları, yaxud 1,95 % artaraq 89,22 ABŞ dolları təşkil edib.

Sonxeber.net xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 87 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Etiketlər:  Azərbaycan neftinin qiyməti dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ