Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şvartsenegger əməliyyatdan sonra yeni FOTOsunu paylaşdı

Şvartsenegger əməliyyatdan sonra yeni FOTOsunu paylaşdı

Tarix: 29 Mart 2024 18:00

Xəbər verdiyimiz kimi, dünya şöhrətli Hollivud ulduzu Arnold Şvartsenegger bir neçə gün əvvəl əməliyyat olunub. 

Mili.Az bizim.Media-ya istinadən xəbər verir ki, dördüncü dəfə ürəyindən əməliyyat olunan aktyora kardiostimulyator aparatı qoşulub. 

Arnold ona nizamsız ürək döyüntüsü diaqnozu qoyulduqdan sonra taxdığı kardiostimulyatorla fotosunu sosial şəbəkə hesabında yayımlayıb.
O, pərəstişkarlarına dəstəyə görə təşəkkür edib və yaxşı əhval-ruhiyyədə olduğunu bildirib: 

"Təşəkkür edirəm! Dünyanın hər yerindən çoxlu xoş mesajlar almışam". 

Qeyd edək ki, kardiostimulyator quraşdırıldıqdan sonra da Şvartsenegger "FUBAR casus" serialında çəkilişlərini davam etdirəcək. 

Milli.Az


Etiketlər:  Şvartsenegger əməliyyatdan sonra yeni FOTOsunu paylaşdı


RƏYLƏR