Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

50 yaşdan aşağı ən çox xərçəngə tutulma qeydə alınan ÖLKƏLƏR - SİYAHI

50 yaşdan aşağı ən çox xərçəngə tutulma qeydə alınan ÖLKƏLƏR - SİYAHI

Tarix: 30 Mart 2024 16:03

Britaniyanın vəliəhd şahzadəsi Uilyamın həyat yoldaşı Şahzadə Keytin keçən həftə xərçəng xəstəsi olduğunu və müalicə aldığını açıqlaması 50 yaşdan aşağı şəxslərdə də xərçəngin geniş yayılması məsələsini gündəmə gətirib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, aparılan bir araşdırma gənc yaşlarda xərçəngə tutulmanın 1990-2019-cu illər arasında qlobal miqyasda 79 faiz artdığını ortaya qoyub.

Mütəxəssislər 2030-cu ilə qədər gənclər arasında xərçəngə yoluxmanın 31 faiz artacağını proqnozlaşdırıblar.

Məşhur onkoloq, professor Karol Sikora bildirib ki, piylənmə, yağlı qidalar, oturaq həyat tərzi, bütün günü masa arxasında oturmaq gənclərdə xərçəng xəstəliyini artırır.

Mütəxəssislər həmçinin qida rasionunda qırmızı ətin çox, meyvənin az olmasının, həddindən artıq spirt istehlakının və siqaretin əsas risk faktorları olduğunu bildiriblər.  

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsaslanaraq yaradılan xəritədə 50 yaşdan aşağı xərçəngə yoluxma nisbəti yüksək olan ölkələr yer alıb. Türkiyə yüzdə 66 faizlə gənc yaşlarda xərçəngin ən çox görüldüyü ölkələr sırasında olub. Avstraliya yüzdə 135 ilə 50 yaşa qədər dünyada ən çox xərçəng xəstəsi olan ölkə kimi göstərilib. Avstraliyanı isə 119 faizlə Yeni Zelandiya izləyib.

Milli.Az


Etiketlər:  50 yaşdan aşağı ən çox xərçəngə tutulma qeydə alınan ÖLKƏLƏR SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ