Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

10 ildən sonra Münhendə qələbə

10 ildən sonra Münhendə qələbə

Tarix: 31 Mart 2024 11:58

"Bavariya" 10 ildən sonra Münhendə "Borussiya"ya uduzub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  bu, Almaniya Bundesliqasının 27-ci turuna təsadüf edib.

Oyun Dortmund klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Borussiya" sonuncu dəfə səfərdə 2014-cü il aprelin 12-də "Bavariya"dan güclü olmuşdu. O vaxt Yurgen Kloppun yetirmələri Xosep Qvardiolanın komandasını 3:0 hesabı ilə məğlub etmişdilər.

Dortmundlular Bundesliqada sonuncu dəfə "Bavariya"ya 2018-ci ilin noyabrında qalib gəlmişdilər. "Borussiya" rəqibini 3:2 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, 27 turdan sonra "Bavariya" 60 xalla 2-ci, "Borussiya" isə 53 xalla 4-cü pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  10 ildən sonra Münhendə qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ