Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2024 18:15
Əməkdar artist Çingiz Əhmədovun oğlu, tanınmış aktyor İbrahim Çingiz 1 ayda 10 kilo arıqlayıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü instaqramda məlumat yayıb.
O, arıqlamazdan əvvəl və sonrakı halını izləyiciləri ilə bölüşüb.
""Sevgi" serialı: Samir obrazı - 93 kq. "Bu şəhərdə kimsə yoxdur": Cəfər obrazı - 83 kq. Fotolar arasında 1 ay fərq var. Hər layihədə fərqli, "Hollivudun Bakıdakı rəsmi distibyutoru" İbrahim Çingiz!", - aktyor bildirib.
Qeyd edək ki, İbrahim Çingiz həmkarı Aydan Axundzadə ilə evlidir. Onların bu nikahından bir qızları var.