Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin fərman imzaladı: 150 min nəfər orduya çağırılır

Putin fərman imzaladı: 150 min nəfər orduya çağırılır

Tarix: 31 Mart 2024 18:36

Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının yazda hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, fərman rəsmi hüquqi informasiyalar portalında dərc olunub.

Yanvarın 1-də qüvvəyə minən yeni qaydalara görə, 18 yaşdan 30 yaşa qədər olan vətəndaşlar (2023-cü ilin sonunadək 27 yaşı tamam olmuş, 28 və ya 29 yaşı tamam olan və ehtiyatda olanlar istisna olmaqla) hərbi xidmətə çağırılacaqlar.

"2024-cü il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18 yaşdan 30 yaşadək Rusiya Federasiyası vətəndaşlarının 150.000 nəfərdən ibarət hərbi xidmətə çağırışı həyata keçirilsi", - fərmanda qeyd olunub.

Fərmanda həmçinin, müddətli həqiqi hərbi xidmətə çağırış müddəti başa çatmış əsgər, matros, çavuş və komandirlərin hərbi xidmətdən tərxis edilməsi qeyd olunub.


Etiketlər:  Putin fərman imzaladı nəfər orduya çağırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ