Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Katoliklər Pasxa bayramını qeyd edirlər

Bu gün Katoliklər Pasxa bayramını qeyd edirlər

Tarix: 31 Mart 2024 22:30

Bu gün katoliklər xristianlığın ən böyük bayramlarından birini - İsa Məsihin dirilişi günü olan Pasxa bayramını qeyd edirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Pravoslavlardan fərqli olaraq, protestantlar və katoliklər Pasxa tarixini Qriqorian təqviminə uyğun astronomik bərabərlik günündən sayırlar.

Pravoslav xristianlar isə gecə-gündüz bərabərliyini Yulian təqviminə görə hesablayırlar.

Təqvimlər arasındakı 13 günlük fərq hesablamaya təsir göstərir.

Xristianlar özlərinə məxsus oruc tutmaqla Pasxa bayramına hazırlaşırlar, bu müddət ərzində heyvan mənşəli məhsullardan imtina edirlər. Eyni zamanda, orucun qaydaları katoliklər üçün pravoslav xristianlara nisbətən daha yumşaqdır.

Bütün bayramlarda olduğu kimi, Pasxada da mübahisə etmək, böhtan atmaq və kiməsə pislik arzulamaq olmaz. Bu gün evlənmək də tövsiyə edilmir.

Bundan əlavə, Pasxada işləmək qadağandır.

Milli.Az


Etiketlər:  Bu gün Katoliklər Pasxa bayramını qeyd edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ