Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2024 21:48
Çində bir qadın lotereyada 930 min (1 581 000 AZN) dollar udub, lakin onun bu sevinci çox çəkməyib.
Sonxeber.net unikal-a istinadən xəbər verir ki, qadın qazandığı cekpotu pencəyinin cibinə qoyub. Daha sonra o, pencəyi səhvən paltaryuyan maşına atıb. Saatlar sonra hadisədən xəbər tutan qadın biletin parçaladığını görüb və lotereya mərkəzinə zəng edib.
O vəziyyəti izah etsə də, şirkət pulu yalnız bileti təqdim etdikdən sonra verəcəyini bildirib.
Çinli hadisədən sonra depresiyyaya düşdüyünü açıqlayıb.
"İndi mən daim bu barədə düşünürəm və bu məni incidir", - deyə qadın yerli KİV-ə etiraf edib.