Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabaşaq yemək üçün 5 ƏSAS SƏBƏB

Qarabaşaq yemək üçün 5 ƏSAS SƏBƏB

Tarix: 2 Aprel 2024 06:12

Qarabaşaq sağlamlıq üçün çox faydalıdır və qlütenə qarşı dözümsüzlükdən əziyyət çəkənlər üçün əla seçimdir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu qida bədənin ümumi vəziyyətini yaxşılaşdırır və hətta sizin daha da gözəl görünməyinizə şərait yaradır. 

Qarabaşaq yarması zəngin vitamin və mineral mənbəyidir. Taxılın özündən əlavə, qarabaşaq yarması unu da adi buğda ununun əvəzi kimi istifadə oluna bilir.

Qarabaşaq yeməyinin faydaları aşağıdakılardır:  

Arıqlamağa kömək edir

Dünya şöhrtəli müğənni Adele arıqlamasında qarabaşağın böyük rolunun olduğunu bildirib. Belə ki, dieta üçün ən ideal yemək növü qarabaşaqdır. Bu ferment arıqlamağa kömək etməklə yanaşı, qaraciyər, böyrək və mədə kimi daxili orqanlara da faydalı təsir göstərir.

Hüceyrələri qoruyur

Qarabaşaq yarması rutin kimi flavonoidlərlə, eləcə də antioksidant olan və orqanizmi sərbəst radikallardan qoruyan, qocalmanın və xəstəliklərin qarşısını alan E vitamini ilə zəngindir. Eyni flavonoidlər qan dövranını yaxşılaşdırmağa kömək edir.

Əzələləri və sümükləri gücləndirir

Zülalla zəngin olan qarabaşaq yarması bədənin ehtiyac duyduğu səkkiz vacib amin turşusunun hamısını ehtiva edir. Lizin amin turşusu xüsusilə vacibdir. Çünki o, birləşdirici və əzələ toxumasını qorumağa kömək edir, sümükləri gücləndirir və yağ metabolizmasında iştirak edir.

Şəkərli diabetin qarşısını alır

Kanadada aparılan tədqiqatlar göstərib ki, qarabaşaq yarmasının müntəzəm istehlakı diabet inkişaf riskinin azalması ilə əlaqələndirilir. Aparılan araşdırmalara görə, qarabaşaq yeyən siçovullarda qan şəkərinin səviyyəsi 12-19% azalıb.

Saç və dırnaqları yaxşılaşdırır

Kalsium, maqnezium, kalium, dəmir və silisium kimi minerallarla zəngin olan qarabaşaq yarması saç və dırnaqları gücləndirərək onları daha güclü, sağlam və parlaq edir.

Milli.Az


Etiketlər:  Qarabaşaq yemək üçün 5 ƏSAS SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ