Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

35 yaşlı futbolçu evində ölü tapıldı

35 yaşlı futbolçu evində ölü tapıldı

Tarix: 2 Aprel 2024 11:06

Milli Futbol Liqasının (NFL) keçmiş oyunçusu Vontey Devis 35 yaşında vəfat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sportsnet" məlumat yayıb.

"İndianapolis Kolts"un sabiq üzvünün cəsədi bazar ertəsi Floridadakı evində tapılıb. Polisin hesabatında idmançının cəsədində zorakılıq nəticəsində ölüm əlamətlərinin olmadığı qeyd edilib. Bununla belə, hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbini araşdırmağa davam edir.

Qeyd edək ki, Devis NFL-də 121 oyun keçirib. O, 2018-ci ildə karyerasını başa vurub.

Milli.Az


Etiketlər:  35 yaşlı futbolçu evində ölü tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ