Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbol federasiyalarına ayrılan vəsait bəlli oldu

Futbol federasiyalarına ayrılan vəsait bəlli oldu

Tarix: 2 Aprel 2024 11:16

AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə 2023-cü ildə ayrılan vəsaitin həcmi məlum olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu məbləğ assosiasiyanın bugünkü Hesabat Konfransında açıqlanıb.

Vəsaitin ümumi məbləği 3 milyon 39 min 586 manat təşkil edib. Ötən il ərzində Futzal Federasiyasına 1 milyon 467 min manat, Regional Futbol Federasiyasına 286 min 103, Futbol Veteranları İttifaqına 167 min 109, Çimərlik Futbol Federasiyasına 111 min 800, İctimai Futbol Təşkilatları Federasiyasına 38 min 600, Tələbə Futbol Federasiyasına 14 min 600, Uşaq və Gənclər Federasiyasına 185 min, Əlillər Futbol Federasiyasına 94 min 20, Qarabağ Əlillər Futbol Federasiyası 23 min 250 manat, "Turan Tovuz" Futbol Akademiyasına 287 min 354 manat, İsgəndər Cavadov Bakı Futbol Akademiyasına isə 9 min, Futbolun İnkişaf Fonduna 331 min manat köçürülüb.

Milli.Az


Etiketlər:  Futbol federasiyalarına ayrılan vəsait bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ