Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İTV-nin baş direktoruna AFFA-da yüksək vəzifə verildi

İTV-nin baş direktoruna AFFA-da yüksək vəzifə verildi

Tarix: 2 Aprel 2024 12:40

AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.

Milli.Az axar.az-a istinadən bildirir ki, İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.

Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.

Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.

Qeyd edək ki, B. Qasımov eyni zamanda İTV-nin baş direktorudur.

Milli.Az


Etiketlər:  İTV baş direktoruna AFFA yüksək vəzifə verildi


RƏYLƏR