Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2024 18:55
Vəkil Zülfiyyə Bayramova efirdə doğum gününü qeyd edib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, "Elgizlə izlə" ictimai-sosial verilişində ekspert qismində çıxış edən Zülfiyyəni təbrik etmək üçün studiyaya oğulları gəlib.
Onlar analarını qucaqlayaraq aldıqları bilərziyi qoluna taxıblar. Bu anlardan kövrələn Z.Bayramova xərçənglə mübarizə apardığı günləri yadına salaraq tamaşaçılarla bir xatirəni bölüşüb:
"Xəstəliyimin ən ağır dövrü idi. O zaman isə biz İstanbulda idik. Saçlarım tökülürdü, mən də onları tamam kəsdirdim. Keçəl olduğuna görə isə heç zaman başımı bağlamırdım. Elə gəzirdim. Biz Kapalıçarşı bazarın yanından keçirdik. Oğullarımın ikisi hərəsi bir tərəfdən mənə sarı gəldi. Hərəsi qulağıma bir sırğa taxıb dedilər ki, "Keçəl başa uzun sırğa çox yaraşır".
Bu çıxışından duyğulanıb emosiyalarını gizlədə bilməyən Zülfiyyə övladlarını qucaqlayaraq göz yaşlarına qərq olub.
Qeyd edək ki, Zülfiyyə Bayramova telejurnalist İlqar Mikayıloğlu ilə evlidir. Cütklüyün bu nikahdan iki oğlan övladı var.
Efirdə yaşanan həmin anları sizə təqdim edirik: